Haqqımızda

Azərbaycanda elektrik məhsullarının topdan və pərakəndə satışını həyata keçirən “AKFA ELEKTRİK” şirkəti 2003-cü ildə yaradılıb və 19 ildən artıqdır ki, fəaliyyət göstərir. Həmçinin elektrik avadanlıqlarının yüksək keyfiyyətlə quraşdırılması üzrə bir çox layihəni tamamlamış və hal-hazırda fəaliyyət göstərməyə davam edir
Fəaliyyət dairəsini daima genişləndirərək dünyanın ən tanınmış şirkətləri ilə işgüzar əlaqələr yaradılmaqla yanaşı, bu şirkətlərin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim edə biləcək peşəkar mütəxəssislər şirkətin işinə cəlb edilir.

Şirkət təklif etdiyi məhsulun, göstərdiyi xidmətin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını günbəgün artırmaqdadır.
Satış mərkəzində dünya şöhrətli “Siemens”, “Legrand”, “Gewiss”, “Philips”, “Osram”, “Dewalt”, “Ünal Kablo”, “Eraplast”, “Mutlusan”, “Aksa Jeneratör”, “Çetinkaya Pano”, “Mono Electric”, “İsildar”, “Makel”, “Mekas Kablo”, “Alkan Kardeşler”, “Tüm Elektrik”, “Tümpa Elektrik” və s. istehsalçıların 10.000 adda elektrik məhsulları yer alır.

Şirkətimizin əsas missiyası keyfiyyətli məhsulu uyğun qiymətlərlə təklif edən, əməkdaşlıq əlaqələrini genişləndirən, çeşid çoxluğu, üstün xidmət səviyyəsi ilə rahatlığı, güvəni və etibarı fəaliyyətində cəmləşdirən, davamlı inkişaf edən brend kimi tanınmaqdır.

Sertifikatlar

Unal Kablo

Siemens

Sedef Kablo

Multusan Electric

Mono Electric

Legrand

Era Plast

Çetinkaya Pano

Bizimlə əlaqə

Sualınız var? O zaman bizimlə əlaqə saxlayın!